“Mançester Yunayted” 140 milyon avroluq təklifə hazırlaşır

İngiltərənin “Mançester Yunayted” klubu Ceydon Sanço üçün rekord məbləğdə təklifə hazırlaşır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Borussiya”nın (Dortmund) şərəfini qoruyan yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. İngilislər 19 yaşlı futbolçu üçün qarşı tərəfə 140 milyon avro təklif edəcək.

“Mançester Yunayted”in yayda yarımmüdafiəçisi Pol Poqbayla yollarını ayıracağı gözlənilir.

Sanço “Çelsi”nin də maraq dairəsindədir.

Cari mövsümdə Bundesliqada 19 oyunda iştirak edən Sanço, 12 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button