
MY yarımmüdafiəçi almağa böyük büdcə ayıracaq
“Mançester Yunayted” yay transfer dövründə yarımmüdafiə xəttini gücləndirmək üçün böyük məbləğ xərcləməyə hazırlaşır. “Qırmızı şeytanlar” üçün yeni mərkəz yarımmüdafiəçisinin transferi prioritet hesab olunur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub bu mövqe üçün 100 milyon funt-sterlinqdən (115 milyon avrodan çox) artıq vəsait ayırmağa hazırdır.
Namizədlər siyahısında Elliot Anderson (“Nottingem Forest”), Orelyen Tçuameni (“Real”), Sandro Tonali (“Nyukasl”), Mateus Fernandes (“Vest Hem”), Karlos Baleba (“Brayton”), Adam Uorton (“Kristal Pelas”), Aleks Skott (“Bornmut”) və Joao Qomeş (“Vulverhempton”) yer alır.
“Mançester Yunayted” digər mövqelərə də transfer etməyi planlaşdırır, ancaq həmin keçidlər üçün böyük məbləğlərin xərclənməsi gözlənilmir.
Maykl Karrikin rəhbərlik etdiyi komanda Premyer Liqanın 2025/26 mövsümünü turnir cədvəlinin 3-cü pilləsində başa vuraraq, UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin



