
Müller keçmiş komandasına inanır
”Vankuver”in hücumçusu Tomas Müller, keçmiş klubu “Bayern”in UEFA Çempionlar Liqasında PSJ-yə qalib gələcəyinə əmindir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı forvard bunu deyib:
“Parisdə baş verənlər futbolumuz üçün əsl reklam idi. Amma sonda PSJ cəmi bir qol fərqi ilə öndə idi və cavab oyunu evdə olacaq. Əminəm ki, “Bayern” Parisdəki kimi oynasa, bir və ya hətta iki qol fərqi ilə qalib gələcək”.
“Bayern” ilk oyunda PSJ-yə 4:5 hesabıyla məğlub olub. Komandalar arasında cavab oyunu mayın 6-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



