
“Çelsi”nin cəzası azaldılacağı gözlənilən Mudriklə bağlı planı var
“Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrikin dopinq qaydalarını pozmasına görə aldığı diskvalifikasiya müddəti azaldıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə London klubunun ən böyük fan-akkauntlarından olan “The Chelsea Forum” məlumat yayıb.
Cəzanın müddəti azaldılarsa, “Çelsi” ukraynalı futbolçunun oyun formasını tədricən bərpa etməsi üçün onu icarə əsasında Fransanın “Strasburq” klubuna göndərməyi planlaşdırır. Maraqlı məqam ondan ibarətdir ki, hazırda “Strasburq”u çalışdıran Liam Rozenyor Enzo Mareskanın istefasından sonra “Çelsi”nin yeni baş məşqçisi postuna əsas namizədlərdən biri hesab olunur.
Mudrik 2024-cü ilin dekabrında verdiyi dopinq testinin müsbət çıxmasından sonra futboldan uzaqlaşdırılıb. Onu iki ildən dörd ilədək diskvalifikasiya təhlükəsi gözləyir.
“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.
Bizi Facebook-da izləyin



