Ukraynalı futbolçu geri dönür

“Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik gələn ilin yanvarında futbola qayıda bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Chelsea Forum” məlumat yayıb.

Ukraynalı futbolçu qadağan olunmuş maddələrdən istifadə iddialarına görə müddətli olaraq komandadan kənarlaşdırılmışdı. Onun diskvalifikasiyası gələn ay başa çatacaq.

London klubu Mudrikin optimal formaya düşməsi üçün onu icarəyə göndərməyi planlaşdırır. Variantlardan biri Fransa təmsilçisi “Strasburq”dur.

24 yaşlı vinger “Çelsi”yə 2023-cü ilin yanvarında transfer olunub. Onun London klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button