İngiltərə klubunun Messi arzusu

“Barselona”nın hücumçusu Lionel Messi karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu “Mançester Siti”nin əsas hədəfidir. Çempionlar Liqasında “Lion”a məğlub olaraq (1:3) mübarizəni dayandıran “şəhərlilər” Messinin keçidi üçün hər şey etməyə hazırdır. “Barselona”nın hücumçunun təzminat məbləğində endirim edəcəyinə ümidlənən ingilislərin lazım olan məbləği ödəyə biləcəyi deyilir.

Messinin Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya 2:8 hesabı ilə məğlub olduqları oyundan sonra “Barselona”dan ayrılmaq istədiyi bildirilir. Onun Kataloniya klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Messinin adı İtaliyanın “İnter” klubu ilə də yanaşı çəkilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button