
Mourinyo onun transferini “Real” üçün vacib sayır
Hazırda “Benfika”ya rəhbərlik edən Joze Mourinyo “Real”a qayıdacağı təqdirdə, “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoni ilə işləməyə böyük ümidlər bəsləyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis italiyalı futbolçunun transfer ideyasını fəal şəkildə dəstəkləyir və bu keçidi klubun əsas hədəflərindən biri kimi görür. Həmçinin, baş məşqçinin müdafiəçi ilə artıq şəxsi söhbətlər də apardığı bildirilib.
Daha əvvəl “Barselona” Bastoni ilə maraqlanıb, lakin sonda transferdən imtina edib. “Transfermarkt” oyunçunun bazar dəyərini 65 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



