
Mourinyo “Real”la matçı avtobusdan izlədi
“Real” dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Benfika”nı qəbul edib.
Lissabon klubunun baş məşqçisi Joze Mourinyo komandaya texniki zonadan rəhbərlik edə bilməyib. Buna səbəb ilk matçda aldığı qırmızı vərəqə olub. Diskvalifikasiya olunan portuqaliyalı mütəxəssis oyunu stadiondan kənarda izləməyə məcbur qalıb.
Komanda.az “El Chiringuito TV”-yə istinadən xəbər verir ki, Mourinyo qarşılaşmanı “Benfika”nın avtobusunda – “Santyaqo Bernabeu”nun dayanacağında əyləşərək “iPad” vasitəsilə izləyib. Beləliklə, “Xüsusi” ləqəbli çalışdırıcı komandasının “Real”a qarşı vacib duelini qeyri-adi şəraitdə izləməli olub.
İki oyunun nəticəsinə əsasən 3:1 hesabı ilə qalib gələn “Real” növbəti mərhələyə yüksəlib.
Bizi Facebook-da izləyin



