“Monako” “Qarabağ”ın rəqibini darmadağınla yola saldı

Fransa çempionatında 9-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Nant” da növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə “Monako” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matçda qonaqlar darmadağına üzülüblər – 1:4. 62 dəqiqə ərzində 4 qol buraxan “Qarabağ”ın rəqibi yalnız 79-cu dəqiqədə rəqib futbolçunun avtoqolu ilə təsəlli tapıb.

“Nant” 9 turdan sonra 7 xalla 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. “Qarabağ” bu rəqibini Bakıdakı ilk matçda 3:0 hesabıyla məğlub edib. İkinci matç isə oktyabrın 27-də Fransada baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button