“Monako” milyonlar xərclədiyi iki futbolçu ilə vidalaşdı

Fransanın “Monpelye” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub Liqa 1-in digər təmsilçisi – “Monako”nun qapıçısı Benjamen Lekomtu transfer edib. 31 yaşlı qolkiperin transferi üçün “Monako”ya 3 milyon avro ödənilib.

Lekomt “Monako”ya 2019-cu ilin iyulunda 13.5 milyon avro qarşılığında məhz “Monpelye”dən transfer olunmuşdu. O, vaxtilə bu komandada 79 oyuna çıxıb. “Monako”da isə 60 matç keçirmiş qolkiper, 2021/22 mövsümündə Madrid “Atletiko”sunda, bu mövsümün birinci dövrəsində də “Espanyol”da icarədə olub.

“Monpelye” müdafiəçisi Nikolas Kozzanı isə Almaniyanın “Volfsburq” klubuna satıb. Liqa 1 təmsilçisi bu transferdən 500 min avro qazanıb. Müdafiəçi yeni klubu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb. Kozza məhz “Monpelye”nin yetirməsidir. 24 yaşlı futbolçu klubun əsas komandasında keçirdiyi 112 oyunda 5 qol vurub.

Lekomtu “Monpelye”yə satan “Monako” hücumçusu Villem Jebbellə də yollarını ayırıb. Fransadan olan 21 yaşlı forvard İsveçrənin “Sankt Qallen” klubuna transfer olunub. O, yeni klubu ilə müddəti 2025-ci ilin 30 iyununda bitəcək müqaviləyə qol çəkib.

Villem Jebbel Lion “Olimpik”inin yetirməsidir. O, 2018-ci ilin iyul ayında 20 milyon avro qarşılığında “Monako”ya transfer olunmuşdu. Amma o, bu komandada cəmi 17 matça çıxıb və 1 qol vurub. 2021/22 mövsümünü “Nant”da icarədə keçirmiş futbolçu burada da 26 oyuna 1 qolla kifayətlənib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button