Modriçdən gələcəyi ilə bağlı açıqlama

İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriç komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” ilə yeni müqavilə imzalayacağı deyilən 35 yaşlı futbolçu, bunları deyib:

“Klubla danışığı davam etdiririk. Hər şey yolundadır. Məşqdən sonra da çox çalışıram. Eyni rəqabəti davam etdirmək istəyirəm. Yaşım vacib deyil. Komandadakı gələcəyimlə bağlı çox söz deyə bilmərəm. Mənim üçün heç bir şey dəyişməyib”.

2012-ci ildən “Real”da çıxış edən Modriçin klubla müqaviləsi cari mövsümün sonunda başa çatacaq.