Minifutbol: Autsayder yenə uduzdu

Minifutbol üzrə Azərbaycan çempionatında 14-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 4 oyun keçirilib.

Hesabında xal olmayan autsayder “Siyəzən” növbəti məğlubiyyətini “Odlar Yurdu”dan alıb.

Mərkəzi oyunda turnir cədvəlinin müvafiq olaraq 2-3-cü pillələrində qərarlaşan “Birbaşa Bakı” ilə “Galaxy Baku” bu gün qarşılaşacaq. Hələ də büdrəməyən lider “Zirə” isə autsayderlər zonasında yer alan “Dinamo Gəncə”ni sınağa çəkəcək.

Azərbaycan çempionatı, 14-cü tur

“Siyəzən” – “Odlar Yurdu” 3:6

“Baku Fire” – “Atəşgah Suraxanı” 5:5

“Dirçəliş” – “İnter” 3:6

“Aznur” – “Sumqayıt” 4:5

“Dinamo Gəncə” – “Zirə”, “Birbaşa Bakı” – “Galaxy Baku”, “Veteran” – “Real Bakı” və “Abşeron” – “Turan” görüşləri bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button