
“Milan”ın baş məşqçi postuna daha bir namizəd
“Milan” baş məşqçi postuna yeni namizəd müəyyənləşdirib. “Kristal Pelas”dan ayrılan Oliver Qlasner “qırmızı-qaralar”ın maraq dairəsinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” rəhbərliyi Massimiliano Alleqrinin gedişindən sonra komandanı avstriyalı mütəxəssisə tapşırmaq variantını nəzərdən keçirir.
Qlasnerin xidmətində yalnız “Milan” maraqlı deyil. “Bayer” (Leverkuzen) də onu komandanın “sükanı arxasında” görmək istəyir.
Bundan əvvəl “Milan”ın baş məşqçi postu üçün Andoni İraola, Mauritsio Poçettino və Xavi Ernandesin də namizədlər sırasında olduğu bildirilirdi.
Milan təmsilçisi ötən mövsüm A Seriyasını turnir cədvəlinin 5-ci pilləsində başa vurub və UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Oliver Qlasner isə “Kristal Pelas”dakı son matçında komandasını UEFA Konfrans Liqasının qalibi edərək, klubla uğurlu şəkildə vidalaşıb.
Bizi Facebook-da izləyin



