İtaliya klubu Fodenin transferini gözdən keçirir

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, “Milan” 26 yaşlı futbolçunun transfer variantını nəzərdən keçirir. “Qırmızı-qaralar” Rafael Leaonu satacağı təqdirdə, Fodeni heyətinə qatmağa çalışacaq.

İngiltərəli futbolçunun xidməti bir neçə kluba təklif olunub. Buna səbəb isə onun “Mançester Siti” ilə müqaviləsinin son ilinə qədəm qoymasıdır.

Foden ötən mövsüm bütün turnirlər daxil olmaqla 50 oyunda meydana çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 70 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button