Balotelli özünü “Milan”a təklif etdi

“Adana Dəmispor”un hücumçusu Mario Balotelli “Milan”a qayıtmaq istəyində olduğunu gizlətməyib.

Komanda.az “ITA Sport Press”-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “San Siro” kimi stadionda oynamaq üçün güclü xarakterin lazım olduğunu söyləyib:

“Gənc oyunçular “San Siro” kimi stadionda oynayanda utanırlar. Bunun üçün güclü xarakter tələb olunur. Bəlkə, “Milan”ın hələ də Olivye Jiru üçün tərəfdaşa ehtiyacı var? Mən buradayam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button