“Milan” 8 futbolçu ilə yollarını ayırır

İtaliyanın “Milan” klubu yay transfer pəncərəsi dövründə heyətində ciddi dəyişikliklər edəcək.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” 8 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Bu barədə “Football İtalia” məlumat yayıb. “Milan” Canluici Donnarumma, İqnasio Abate, Kristian Sapata, Xose Mauri, Rikkardo Montolivo, Hakan Çalhanoğlu, Dieqo Laksalt və Samuel Kastilyexo ilə yollarını ayıracaq.

Milan klubu bir müddət əvvəl baş məşqçisi Cennaro Qattuzo və idman direktoru Leonardo ilə yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button