Mikels “Qarabağ”a qarşı oynayacaq? – Açıqlama

“Sabah“ın hücumçusu Coy-Lens Mikelsin sabah ölkə kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la cavab oyununda iştirakı sual altındadır.

Komanda.az-a bu barədə “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib:

“Mikelsin meydana çıxıb-çıxmayacağı tam bəlli deyil. Çox güman, sabah məlum olacaq. Məşqçilər heyətinin və həkimlərin son rəyindən sonra bilinəcək”.

Mikels Azərbaycan Premyer Liqasının 28-ci turunun “Qarabağ”la (1:0) matçında zədələnmişdi. Mateus Silvanın dirsək zərbəsindən sonra onun üz sümüyünün sındığı qeydə alınıb.

“Sabah” kubokun yarımfinalının səfərdəki ilk oyununda 2:2 hesablı heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button