“Meydanda olmaq, futbol oynamaq üçün darıxmışam” – “Barselona”nın futbolçusu

“Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen koronavirus pandemiyası səbəbiylə yaranan karantin vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, alman qapıçı, futbol üçün darıxdığını bildirib:

“Mən və ailəm yaxşıyıq, hər kəsin etməli olduğu kimi, evdə qalırıq. Ailəmlə vaxt keçirməkdən zövq alıram. Komandanın məşqçiləri ilə əlaqə saxlayırıq, məşqlərimizi edirik. Meydanda olmaq, futbol oynamaq üçün darıxmışam. Ümid edirəm ki, tezliklə geri qayıda bilərik”.