“Messini “Barselona”da qalmağa razı salmalıyammı, bilmirəm” – Kuman

“Barselona”nın yeni baş məşqçisi Ronald Kuman komandadakı gələcəyi müzakirə edilən Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis, argentinalı futbolçu ilə görüşəcəyini bildirib:

“Messinin klubla müqaviləsi var və hələ də “Barselona”nın futbolçusudur. Onunla danışmağım lazımdır, çünki o, kapitandır. Bəzi qərarlar verməyimiz lazımdır, amma ümid edirəm ki, Messi komandada qalacaq. Messini “Barselona”da qalmağa razı salmalıyammı, bilmirəm. O, qalmaq istəsə, çox sevinərəm. Bir məşqçi kimi Messi ilə çalışmağı çox istəyirəm”.

Messinin Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya 2:8 hesabı ilə məğlubiyyətdən sonra komandadan ayrılmaq qərarına gəldiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button