
“Messi oynadığı müddətdə Argentina ən güclü komanda olacaq”
“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Qavi qarşıdakı dünya çempionatının əsas favoriti barədə danışıb.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu, hazırkı dünya çempionu Argentina millisinin hamıdan şanslı olduğunu bildirib. O, xüsusilə, Lionel Messi amilini vurğulayıb:
“Argentina millisi əsas favoritdir, çünki onlar hazırkı dünya çempionudur. Messi hələ də dünyanın ən yaxşı futbolçusudur. O oynadığı müddətdə Argentina millisi ən güclü komanda olacaq”.
Qavi mayın 10-da “Barselona”nın heyətində yenidən La Liqa çempionluğunu qazanıb. Dünya çempionatının startına isə cəmi bir ay vaxt qalıb. Açılış oyununda Meksika millisi Şimali Afrika yığması ilə üz-üzə gələcək. 11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.
Bizi Facebook-da izləyin



