Messi La Liqa tarixində 2-ci oldu

“Barselona” La Liqanın 6-cı turunda “Vilyarreal”ı məğlub edib – 2:1.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma Kataloniya təmsilçisinin kapitanı Lionel Messi üçün əlamətdar olub. Belə ki, Messi 400-cü dəfə İspaniya La Liqası oyununda start heyətdə meydana çıxıb. Argentinalı oyunçu turnir tarixində ən çox start heyətdə meydana çıxan ikinci əcnəbi futbolçu olub.

La Liqa tarixində start heyətdə ən çox meydana çıxan “Atletiko” və “Deportivo”nun sabiq futbolçusu Donatodur. Braziliyalı sabiq yarımmüdafiəçi turnir tarixində 415 dəfə start heyətdə oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button