Komanda yoldaşı Messi haqda: “Bu, dəlilikdir”

“Komo”nun və Argentina millisinin yarımmüdafiəçisi Nikolas Pas, komanda yoldaşı Lionel Messi barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Argentina millisinin kapitanı haqda bunu deyib:

“Bu, dəlilikdir. Yaşından asılı olmayaraq, o, bizi gündən-günə təəccübləndirməyə davam edir. Hər matçda o, komanda üçün nə qədər vacib olduğunu göstərir və bu, inanılmazdır. Ümid edirəm ki, Messi belə davam edəcək”.

Pas dünya çempionatında ilk dəfə start heyətində meydana çıxıb. O, İordaniya millisi üzərində 3:1 hesablı qələbə ilə başa çatan görüşdə 60 dəqiqə oynayıb. Sonradan meydana daxil olan Messi isə 20 dəqiqə sonra fərqlənərək, komandasının qələbəsini rəsmiləşdirib. 39 yaşlı futbolçu 2026-cı il dünya çempionatında vurduğu 6 qolla bombardirlər siyahısına başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button