“Barselona” Messini qaytarmaq üçün hərəkətə keçib

“İnter Mayami”nin hücumçusu Lionel Messi Amerika klubunu tərk edə bilər.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, “Barselona” argentinalı futbolçunun geri qaytarılması üzərində işləyir.

Kataloniya klubunun planı Messinin 2026/27 mövsümü başlamazdan əvvəl komandaya qayıtmasıdır. Onun geri dönməsi ilə bağlı danışıqların “Barselona”nın ağır maliyyə vəziyyəti səbəbindən çətin keçəcəyi bildirilir.

37 yaşlı forvard 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Onun MLS klubu ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Messi “Barselona”da uzun illər oynayıb və çoxlu mükafatlar əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button