Messi “Barselona”nın prezidentindən üzr istəyib?

PSJ-nin hücumçusu Lionel Messi “Barselona”ya qayıtmağı düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xuan Laporta 35 yaşlı argentinalı ilə mümkün dönüşü haqda danışıb.

“Barselona”nın keçmiş futbolçusu, yeddiqat “qızıl top” qalibi “Kamp Nou”nu tərk etdiyinə görə üzr istəyib.

Argentinalı futbolçu 2005-2021-ci illərdə “Barselona”nın formasını geyinib.

Messi 2021-ci ilin yayında, “Barselona” ilə müqaviləsi bitdikdən sonra PSJ-yə keçib. Kataloniya klubu maliyyə problemləri üzündən argentinalı ilə müqaviləni yeniləyə bilməyib.

Onun PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button