Messi “Atletik”ə qarşı oynayacaq? – Valverde açıqladı

“Barselona”nın baş məşqçisi Ernesto Valverde, La Liqanın 23-cü turu çərçivəsində “Atletik”lə qaşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İspaniyanın “As” nəşrinə danışan Valverde, Lionel Messinin bu oyunda iştirak etməsinin özünə bağlı olduğunu deyib:

“Hələ qərar verməmişəm. Messiylə bağlı risk etmək istəmirəm. Özünü yüz faiz hazır hiss edəcəksə, oynayacaq. Bu, ondan asılıdır. Özünü yaxşı hiss etməsə, başqa yollar axtaracam”.

“Atletik” – “Barselona” matçı bu gün, saat 23:45-də start götürəcək.