“Demiral “Atalanta”ya keçməklə düzgün hərəkət etdi”

“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi türkiyəli futbolçu Merih Demiralın “Atalanta”ya keçməsini doğru addım hesab edir.

Komanda.az “TRT Sport”-a istinadən xəbər verir ki, Bonuççi, Demiralın icarə əsasında “Atalanta”ya keçməsi ilə bağlı fikirlərini bölüşüb:

“Merih gözəl insandır, peşəkardır. O, təkmilləşmək, daha da inkişaf etmək üçün oynamalıdır. Bu səbəbdən, “Atalanta”ya keçməklə düzgün hərəkət etdi”.

Demiral 2021-ci ildən “Atalanta”nın heyətində çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button