
İspaniya millisinin baş məşqçisindən Mbappeni dəstəkləyən açıqlama
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2026-cı il dünya çempionatının yarımfinalında Fransa yığması ilə keçiriləcək oyun öncəsi rəqib komandanın hücumçusu Kilian Mbappe haqqında danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Fransa millisinin liderinə ünvanlanan tənqidləri əsassız hesab etdiyini bildirib:
“Mən Mbappeni möhtəşəm futbolçu sayıram, eynilə öz oyunçularım kimi. Onun ünvanına səslənən tənqidlərin heç bir dəyəri yoxdur, onlara əhəmiyyət vermək lazım deyil. Mən böyük futbolçuların pərəstişkarıyam”.
İspaniya – Fransa yarımfinal matçı bu gün keçiriləcək. Qarşılaşma saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



