“Mbappe öz adından danışmaq üçün kifayət qədər yaşlıdır” – Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam Kilian Mbappenin PSJ-dən mümkün gedişi ilə bağlı vəziyyətdən danışıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Deşam, Mbappenin öz adından danışmaq və qərar vermək üçün kifayət qədər yaşlı olduğunu bildirib:

“Kilian haqqında həmişə çox danışılacaq: onun meydanda etdiklərinə, Fransa millisini təmsil etdiyinə görə. Təəccüblü deyil ki, kimsə onunla bağlı Fransa prezidenti Emmanuel Makrondan da soruşmuşdu. Bu, şübhəsiz ki, Mbappe ilə bağlı vəziyyətə ən vacib reaksiyadır.

Kilian öz adından danışmaq üçün kifayət qədər yaşlıdır. Onun PSJ-dən getməsi baş verə bilər. Amma bunun nə vaxt olacağını bilmirəm.

Mbappe həmişə xəbərlərdə olur. Xəbər olmayanda da həmişə onun haqqında danışırlar, bu, normaldır”.

Mbappenin PSJ-ni “Real”a dəyişəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button