
“Mbappe olmasaydı, “Real” harada olardı?”
“Real”ın sabiq oyunçusu Xorxe Valdano komandanın bu mövsüm Kilian Mbappedən həddindən artıq asılı olduğunu düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Real” özünə sual verməlidir: Mbappe olmasaydı, komanda harada olardı?”
26 yaşlı hücumçu La Liqada son turda “Jirona” ilə oyunda (1:1) yeganə qolu vurub. O, bu mövsüm Madrid klubunun heyətində 19 oyunda 23 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



