“Mbappe mənə daha çox əziyyət vermişdi” – Marselo

Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” ilə 0:0 hesablı heç-heçə edən “Lion”un müdafiəçisi Marselo, Lionel Messi ilə Kilian Mbappeni müqayisə edib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu, Mbappeyə qarşı oyunlarda daha çox əziyyət çəkdiyini deyib:

“Messi bizə qarşı ən yaxşı oyununu göstərmədi, Mbappe mənə daha çox əziyyət vermişdi. Onun sürətinə və qol epizodu yaxalamasına mane olmaq daha çətin idi.

Messi və Kriştiano Ronaldo ilə müqayisədə bəzi cəhətlərini inkişaf etdirməyə məcburdur, amma Mbappe çox sürətli bir şəkildə inkişaf edir. Onun tezliklə dünyanın ən yaxşısı olacağını düşünürəm”.

“Barselona” ilə “Lion” arasında cavab oyunu martın 13-də, İspaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button