“Mbappe hələ də başa düşməyib ki…” – Dani Alveş

“Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş Kilian Mbappeyə məsləhət verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Alveşin fikrincə, Mbappe bəzi mətləbləri bilməlidir. Xüsusən də, PSJ-nin  hücum xəttində yeganə ulduz olmadığını:

“Mbappe hələ də başa düşməyib ki, onunla hücumda oynayanlar özündən daha əfsanəvi futbolçulardır. Neymar və Lionel Messi unikaldır. Heç kimin bacarmadığını görürlər və edirlər.

Böyük oyunçu həmişə kiminlə oynadığını bilməli və anlamalıdır. Komanda yoldaşlarınız sizin oyununuzu yalnız təkmilləşdirir”.

Alveş “Barselona”da Messi və Neymarla birgə çıxış edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button