
“Marsel”in yeni prezidenti təqdim olundu
“Marsel”in sahibi Frank Makkort “Velodrom” stadionunda keçirdiyi mətbuat konfransında klubun yeni prezidentini təqdim edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun yeni rəhbəri Stefan Riçard olacaq. O, bu vəzifədə Pablo Lonqorianı əvəz edəcək və iyuldan etibarən işinə başlayacaq.
30 ildən artıq biznes təcrübəsinə malik olan Riçard həyatının bir hissəsini “Marsel”də keçirib və klub üçün yeni mərhələnin əsas siması kimi görülür.
Frank Makkort çıxışı zamanı bildirib ki, “Marsel”ə hazırkı çətin dönəmdə güclü idarəçilik təcrübəsinə malik lider lazımdır.
Yeni prezident isə azarkeşlərlə klub arasında münasibətləri yaxşılaşdırmaq istədiyini vurğulayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



