“Maraqlı qrupa düşdük” – Rəşad Sadıqov

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. “Qarabağ” A qrupunda “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj” (Lüksemburq) klubları ilə bir qrupda mübarizə aparacaq.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ın kapitanı Rəşad Sadıqov klubun saytına açıqlamasında püşkü dəyərləndirib: 

“Ümumi götürsək, maraqlı qrupa düşdük. Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, “Sevilya” bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. “Düdelanj”la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button