Sulşer: “Öyrənəcəyimiz çox şey var”

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində “Arsenal”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli mütəxəssis, 1:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Bir çox oyunda 2-ci qolu vura bilmirik və xal itiririk. Öyrənəcəyimiz çox şey var. Daha çox çalışacağıq. Təcrübəmiz artdıqca, meydanda daha düzgün qərarlar verəcəyik.

Oyunun sonlarında qol vura bilərdik. Çox oyunçuyla rəqibin cərimə meydançasında idik. Bu oyunda daha çox şeylər edə bilərdik. Nəticə çıxarmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button