“Mançester Yunayted”də Poqbaya əvəzləyici tapıldı

“Mançester Yunayted”də komandadan ayrılacağı gözlənilən yarımmüdafiəçi Pol Poqbaya əvəzləyici tapılıb.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” fransalı futbolçunun yerinə “Milan”dan Frank Kessyeni transfer etməyə çalışacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Mançester Yunayted” 24 yaşlı futbolçunu mövsümün sonunda azad agent kimi heyətinə qatmaq niyyətindədir.

“Milan”la müqaviləsi 2022-ci ilin yayına qədər olan Kessye ilə “Tottenhem” və PSJ də maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button