
Mançester klubları onun üçün yarışacaq
Yayda “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson uğrunda mübarizə başlayacaq.
Komanda.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.
İngiltərə millisinin 23 yaşlı üzvü ilə iki aparıcı klub – “Mançester Siti” və “Mançester Yunayted” maraqlanır. Potensial müqavilənin dəyəri təxminən 90 milyon avro ola bilər.
Anderson cari Premyer Liqa mövsümündə “Nottingem Forest”in heyətində 27 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
“Nottingem Forest” hazırda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Komanda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



