İngiltərənin iki klubu Leao ilə bağlı sorğu göndərib

“Milan”ın vingeri Rafael Leao yayda İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, həm “Mançester Yunayted”, həm də “Arsenal” portuqaliyalı futbolçu barədə rəsmi məlumat sorğusu göndərib.

26 yaşlı oyunçu isə artıq “Milan”dan ayrılmaq və karyerasını İngiltərədə davam etdirmək istəyini ifadə edib. Buna baxmayaraq, hələlik tərəflər konkret transfer təklifi irəli sürməyib.

Leaonun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir və onun bazar dəyəri təxminən 50 milyon avro olaraq qiymətləndirilir.

O, 2025/26 mövsümündə bütün turnirlərdə 31 oyuna çıxaraq, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button