
“Mançester Yunayted” seneqallı futbolçunu transfer planlarına daxil edib
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında çıxış edən seneqallı vinger İliman Ndiayeni transfer etməyə maraq göstərir. Hazırda “Everton”un formasını geyinən afrikalı yarımmüdafiəçi “qırmızı şeytanlar”ın yay transfer pəncərəsi üçün planlarına daxil edilib.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” 24 yaşlı futbolçunun keçidini məhz yayda reallaşdırmaq niyyətindədir.
İliman Ndiayenin bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.
Ndiaye ilə “Everton” arasındakı müqavilənin müddəti 2029-cu ilin yayına qədərdir. “Mançester Yunayted” hazırda Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb, “Everton” isə 10-cudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



