
“Mançester Yunayted” Poçettinodan vaz keçib
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasına qayıda bilər, ancaq o, “Mançester Yunayted”ə rəhbərlik etməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki , “qırmızı şeytanlar” artıq argentinalı mütəxəssisin namizədliyini nəzərdən keçirmir. Klubun rəhbərliyi 2026-cı il dünya çempionatından sonra Poçettinonun keçmişdə uğurla çalışdığı “Tottenhem”ə qayıdacağını düşünür.
“Mançester Yunayted”in hazırkı baş məşqçisi Maykl Karrikin gələcəyi hələ də qeyri-müəyyəndir. Yalnız məlumdur ki, ingilis mütəxəssis cari mövsümün qalan hissəsini müvəqqəti baş məşqçi kimi keçirəcək.
Potensial əvəzedicilər arasında Yulian Naqelsmann, Tomas Tuxel, Luis Enrike, Roberto De Zerbi və digər tanınmış məşqçilər var.
Bizi Facebook-da izləyin



