
“Mançester Yunayted” braziliyalı futbolçu üçün danışıqlar aparır
“Mançester Yunayted” “Atalanta”nın yarımmüdafiəçisi Edersonun transferi üzərində işləməyə davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” bir neçə həftədir ki, oyunçunun nümayəndələriylə danışıqlar aparır. İngiltərə klubunun idman direktoru Ceyson Uilkoks yarımmüdafiəçinin performansını yüksək qiymətləndirir. Klublar arasında müqavilə hələ çox uzaqdır, lakin “Mançester Yunayted”in marağının ciddi olduğu bildirilir.
Edersonun “Atalanta” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarında başa çatacaq. Onun “transfermarkt”da bazar dəyəri 40 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



