
“Mançester Yunayted” kamerunlu futbolçudan imtina edə bilər
“Brayton”un yarımmüdafiəçisi Karlos Balebanın “Mançester Yunayted”ə keçidi risk altına düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 22 yaşlı kamerunlu futbolçunun istedadını yüksək qiymətləndirsə də, “Brayton”un tələb etdiyi yüksək məbləğ səbəbindən maraq son dövrlərdə xeyli azalıb. Maliyyə tələblərini qarşılaya bilməyən Mançester klubu artıq digər transfer variantlarına yönəlib.
“Transfermarkt” Balebanın bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



