“Mançester Siti”nin müraciəti rədd edilib

“Mançester Siti”nin Federasiya kubokunun finalına yüksəlməsi Premyer Liqa təqvimində dəyişikliklərə səbəb olub.

“Şəhərlilər”in “Bornmut”la səfər oyunu təxirə salınıb. Daha əvvəl isə “Kristal Pelas”la ev matçı da kubok səbəbilə ertələnmişdi.

Komanda.az “Business Upturn”-a istinadən xəbər verir ki, nəticədə, “Mançester Siti” mayda sıx qrafiklə – ayın 13-də və 19-da təxirə salınmış oyunlarını keçirməli olacaq. İlkin plana görə, komanda mayın 13-də “Kristal Pelas”ı qəbul ediləcək, 19-da isə “Bornmut”la səfər oyununa yollanacaq.

Pep Qvardiolanın komandası 16 mayda “Çelsi” ilə Federasiya kubokunun final matçına çıxacaq. “Mançester Siti” oyunların vaxtının dəyişdirilməsi üçün Premyer Liqa rəhbərliyinə müraciət etsə də, bu xahişi rədd edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button