Seks partisi təşkil edib, “evdə qal” dedi

“Mançester Siti”nin futbolçusu Kayl Uolker koronavirus pandemiyasına görə müəyyən edilmiş karantin qaydalarını pozub.

Komanda.az xəbər verir ki, ingilis müdafiəçi Heyldəki evinə iki qız dəvət edərək, seks partisi təşkil edib. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Uolker kimliyini gizlətmək istəsə də, qızlardan biri onu tanıyıb. Uolker qızlarla 2200 funt-sterlinq qarşılığında razılaşıb. Uolkerin evinə çağırdığı qızlardan biri olan Luis Maknamara müdafiəçi ilə 3 saat keçirdiklərini deyib.

Uolker etdiyinin səhv olduğunu qəbul etsə də, “Mançester Siti” rəhbərliyinin onu cəzalandıracağı gözlənilir.

Uolker bu hadisədən bir gün sonra sosial şəbəkə hesabında izləyicilərinə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə “evdə qal” çağırışı etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button