“Mançester Siti”dən 23 milyonluq transfer

“Mançester Siti” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, “şəhərlilər” Argentinanın “Veles Sarsfild” klubundan Tyaqo Almadanı transfer etmək niyyətindədir. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb.

Xəbərdə, “Mançester Siti”nin 17 yaşlı futbolçu üçün 23 milyon avro təklif edəcəyi bildirilir. “Şəhərlilər” Almadanın keçidini həll edəcəyi təqdirdə, onu İspaniyanın “Jirona” klubuna icarəyə göndərəcək.

Argentinada Almada oyun tərziylə “Barselona”nın hücumçusu Lionel Messiylə müqayisə edilir.

Argentina millisinin 20 yaşlılarından ibarət komandasında da forma geyinən Almada bu mövsüm “Veles Sarsfild”də 16 qarşılaşmada iştirak edərək, 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button