
“Mançester Siti”dən İngiltərə millisinin üzvünə təklif
“Mançester Siti” “Kristal Pelas”ın müdafiəçisi Mark Quehinin transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” son 12 saat ərzində 25 yaşlı futbolçu ilə aparılan danışıqlarda ciddi addım atıblar. Klub ingiltərəli futbolçuya müqavilə şərtləri ilə bağlı vacib təklif təqdim edib.
“Mançester Siti” eyni zamanda, “Kristal Pelas”la da mümkün transferin detalları üzrə danışıqlara başlamağa hazırdır. İngiltərə millisinin üzvü olan Quehinin klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



