Qvardioladan yeni rekord

“Mançester Siti” İngiltərə Premyer Liqasının 36-cı turunda “Bornmut”u məğlub edib.

Komanda.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola yeni rekorda imza atıb. Bu barədə BBC məlumat yayıb.

Belə ki, Qvardiola MS-lə 150-ci Premyer Liqa matçında 111-ci qələbəsini qazanıb. İspan mütəxəssis, bununla da Premyer Liqada ilk 150 oyununda ən çox qələbə qazanan baş məşqçi olub.

Bundan əvvəlki rekord Joze Mourinyoya aid idi. Portuqaliyalı çalışdırıcı “Çelsi” ilə ilk 150 matçda 105 qələbə qazanmışdı.