
“Mançester Siti” futbolçusu ilə anlaşıb
“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden klubu ilə müqaviləsinin müddətini uzatmağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər”lə 25 yaşlı futbolçu arasında yeni razılaşma əldə olunub.
Hazırkı müqavilənin müddəti 30 iyun 2027-ci ilə qədər qüvvədə olsa da, tərəflər anlaşmanı 2030-cu ilə qədər uzatmaq barədə razılığa gəliblər. Müqavilədə əlavə bir mövsüm uzatma imkanı da yer alır.
İngiltərəli yarımmüdafiəçi cari mövsümdə Premyer Liqa çərçivəsində 29 oyuna çıxaraq, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



