Fodenlə yeni müqavilə üçün danışıqlar başlayıb

“Mançester Siti” yarımmüdafiəçisi Fil Fodenlə müqavilənin müddətini uzatmağı planlaşdırır.

Hazırkı anlaşmanın müddəti 2027-ci ilə qədər qüvvədə olsa da, “şəhərlilər” öz yetirməsi ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq yeni müqavilə ilə bağlı ilkin danışıqlara başlayıb. Klub rəhbərliyi son illərdə müəyyən eniş yaşayan futbolçuya tam dəstək verir.

Foden Pep Qvardiolanın çalışdırdığı komandada cari mövsümdə 45 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə verib.

İngiltərəli futbolçunun mayın sonunda 26 yaşı tamam olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button