“Mançester Siti”, “Barselona” və başqa böyük klublardan çox şey götürmüşəm” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, Musayev, “sports.ru” saytına açıqlamasında örnək aldığı böyük klubların adlarını da açıqlayıb:

“Mançester Siti”, “Barselona” və başqa böyük klublardan çox şey götürmüşəm. İstənilən yüksək səviyyəli komandanın oyunu düşüncə üçün qida verir. Komandanıza nəyi inteqrasiya etməyin mümkünlüyünü anlamağa başlayırsız. Təbii ki, futbolçuların səviyyəsi fərqlidir. “Sabah”ı “Krasnodar”dakından fərqli sxem üzrə oynatmağa başladım. Hücumun təşkili 3-2-5-ə bənzəyir, amma biz dörd müdafiəçi ilə oynayırıq. Bir növ hibrid sxemdir”.

“Sabah” 2022/2023 mövsümündə Musayevin rəhbərliyi altında Azərbaycan Premyer Liqasında ikinci yeri tutaraq, tarixində ilk dəfə avrokuboklarda iştirak hüququ qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button