
“Mançester Siti” Andersonla anlaşıb
“Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson karyerasını “Mançester Siti”də davam etdirməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” 23 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib. Tərəflər arasında anlaşmanın müddətinin 2031-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilir.
“Mançester Siti” rəhbərliyi hazırda transferin tam reallaşması üçün “meşəçilər”i razı salmağa çalışır. Klublar arasında danışıqlar davam edir.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, ingilis yarımmüdafiəçinin bazar dəyəri 60 milyon avro təşkil edir. Onunla “Mançester Yunayted”in də maraqlandığı vurğulanır.
O, cari mövsümdə bütün turnirlərdə keçirdiyi 49 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



